29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Muzeylərdə “açıq qapı” günü olacaq

17.05.2023

May ayının 18-i Azərbaycan muzeylərində "açıq qapı” günü olacaq.

"DM" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin saytında məlumat yayılıb.

Məlumata görə, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu münasibətlə də vətəndaşlar və ölkəmizin qonaqları həmin gün ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.