03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: “Müəllimlər iki dəfə imtahandan kəsilsələr, işdən çıxarılacaqlar” - CANLI YAYIM

16.05.2023

Bu il sertifikasiya imtahanına cəlb ediləcək müəllimlərin sayı açıqlanıb.

"DM"-nın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu il 33 min 315 müəllim sertifikasiya imtahanına cəlb ediləcək:
"Həmin şəxslərdən 5 290 nəfəri 60 yaş üzərində olan şəxslərdir. Milli Məclis "Təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyərsə, həmin müəllimlər könüllü əsasda sertifikatlaşmada iştirak hüququ qazanacaqlar. Amma onlar iki dəfə imtahandan kəsilsələr, müqavilələrinə xitam veriləcək”.