04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu keçirilir

16.05.2023

Hazırda NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilir.

"DM" xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitterdə bildirib.

O qeyd edib ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə hazırda NATO-nun Baş Qərargahındadır.

Əlavə edib ki, Elnur Soltanov DNMK formatı çərçivəsində müttəfiqlərlə, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina, eləcə də NATO-nun Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Maykl Rüle ilə görüşəcək.