16 09 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Sudanda qarşıdurmada həlak olanların sayı açıqlanıb

16.05.2023

Sudan həkimlərinin həmkarlar ittifaqı ölkədə baş verən qarşıdurmalarda ölənlərin sayının 822-yə yüksəldiyini bildirib.

"Toqquşmalar başlayandan mülki əhali arasında həlak olanların sayı 822 nəfərə çatıb”, - deyə bildirilir.

Aprelin 15-də Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmalar baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə çatdığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı silahlı münaqişə başlayandan bəri təxminən 200 min insanın Sudanı tərk etdiyini bildirib.

Mənbə: Sky News Arabia