30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rusiyalıları casusluğa çağırıb

16.05.2023

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rusiyalıları casusluq etməyə çağıran video hazırlayıb.

"DM" xəbər verir ki, MKİ-nin rus dilində hazırlayaraq müxtəlif platformalar vasitəsilə paylaşdığı videoda ABŞ-a casusluq etmək istəyən rusiyalılara müraciət edilib:

"İqtisadiyyat və ya Rusiya Federasiyasının rəhbərliyi ilə bağlı səndə məlumatlar var? Bizimlə əlaqəyə keç”, - videonun mesajında qeyd edilib.

MKİ casusluq etmək istəyənlərlə əlaqəyə keçmək məqsədilə özü də "Telegram” kanalında hesab açıb.

Təqdim olunan videoda işindən və həyatından narazı rusiyalı qadın və kişi dövlət məmurları obrazı təsvir edilir. Çarxın sonunda onların öz smartfonları ilə MKİ ilə əlaqəyə keçdiyi təsvir edilir.

"MKİ Rusiya haqqında həqiqətləri bilmək istəyir və biz həqiqəti bilən, bu barədə danışa bilən etibarlı insanlar axtarırıq”, - paylaşılmış videoda qeyd olunub.

MKİ rusiyalılara Tor brouzeri vasitəsilə "DarkWeb”ə daxil ola biləcəkləri şifrələnmiş link təqdim də edib və bunun qurumla əlaqəyə keçmək üçün təhlükəsiz olduğunu bildirib.

Adı açıqlanmayan MKİ rəsmisinin AFP-yə açıqlamasında bildirilib ki, qurum öz kampaniyasında əsasən, "Telegram” platformasına fokuslanıb.