30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkili: Türkiyə bütün xalqı və dövləti ilə hər zaman Azərbaycanla çiyin-çiyinə olacaq

16.05.2023

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərloğan və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun təbriklərini çatdırıram. Azərbaycan və Türkiyə arasında qarşılıqlı həmrəylik yaxşı və pis günlərdə davam etməkdədir”.

"DM"-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Türkiyə Böyük Millət Məclisinin Büro Katibi, millət vəkili Bayram Özçelik bildirib.

Bayram Özçelik deyib ki, Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın göndərdiyi yardımı heç vaxt unutmayacaqlar: "Azərbaycan Türkiyədə 1000 nəfərin yaşayacağı qəsəbə inşa edir”.

O qeyd edib ki, 1990-cı ildə Azərbaycan böyük çətinliklərlə üzləşib: "Müharibə davam edirdi, iqtisadi çətinliklər vardı. Belə bir dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev ölkəsinin uğurlarının əsasını qoydu. Heydər Əliyev olmasaydı, Azərbaycan bu gün uğurlu inkişafa nail ola bilməzdi. Heydər Əliyev Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət” olduğunu bildirib. Bu gün Türkiyədə Heydər Əliyevin adını daşıyan onlarla küçə, prospekt var. Heydər Əliyevlə Süleyman Dəmirəlin qardaşlıq münasibəti yaddaşlardır. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlıq münasibətlərini də xüsusi qeyd etmək istəyirəm. Türkiyə bütün xalqı və dövləti ilə hər zaman Azərbaycanla çiyin-çiyinə olacaq”.

Bayram Özçelik Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini də vurğulayıb.