Naxçıvanda bəzi qanunlar ləğv olunub  
    
                          
     
                         16.05.2023
 
    
                        Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında bəzi qanunlar ləğv olunması səs çoxluğu ilə qəbul edilib. 
"DM" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında "Toxumçuluq haqqında” və "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunlar bu gün Ali Məclisdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında ləğv edilib.