28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan Təhlükəsizlik Şurası KTMT-dən çıxmağı müzakirə edib

16.05.2023

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq imkanlarını müzakirə edib, lakin indi İrəvanın gündəliyində belə bir məsələ yoxdur.

"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə bildirib.

O, bu ehtimalın 2022-ci ilin sentyabrında Azərbaycanla şərti sərhəddə baş verən toqquşmalardan sonra Təhlükəsizlik Şurasının iclasında qaldırıldığını deyib.

"Amma bu addımı atmamaq və İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək qərara alınıb”, - Mnatsakan Safaryan qeyd edib.

O, yaxın vaxtlarda KTMT-nin Cənubi Qafqazdakı vəziyyətlə bağlı verdiyi bəyanatın müzakirə olunacağını vurğulayıb.