28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir - FOTO

16.05.2023

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilirlər.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, effektiv istismar qaydalarını öyrətməkdir.