06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Nissan”ın rəhbəri Tokioda HƏBS EDİLDİ

19.11.2018

Yaponiyanın "Nissan" şirkətinin direktorlar şurasının sədri Karlos Qon maliyyə maxinasiyasında şübhəli bilinib. 
"Dövran media" xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, könüllü olaraq Tokio prokurorluğuna gedən 64 yaşlı Qon həbs edilib. 
"Nissan Motor" şirkəti də yaydığı press-relizdə Qonun şəxsi gəlirlərini gizlətməsi ilə bağlı faktı təsdiqləyib. Şirkət, eyni zamanda Qon və direktor Qreq Kellinin qovulmasını tələb edəcəyini açıqlayıb. Kellinin şəxsi gəlirlərini gizlətməkdə Qona yardım etdiyi bildirilib. 
Yayılan xəbərlərin ardınca, "Renault" qrupunun səhmləri Paris birjalarında 13 faiz ucuzlaşıb.