28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçirilib - YENİLƏNİB

16.05.2023

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib.

"DM"-nın xəbərinə görə, iclasda 30-a yazın xarici ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri iştirak edib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Heydər Əliyev daim Azərbaycanın dostlarının sayının çox olmasına çalışıb: "Heydər Əliyevin ad gününü bu gün dostlarla qeyd etmək çox xoşdur. Nə qədər Azərbaycan var, Heydər Əliyevin xatirəsi yaşayacaq”.

Qeyd edək ki, xüsusi iclasa 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

İclasda ümumilikdə 228 xarici nümayəndə iştirak edib.

11:05
Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb.

"DM"-nın xəbərinə görə, iclasda 30-a yaxın xarici ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri iştirak edir.