ABŞ-ın Ukraynaya göndərdiyi 31 ədəd tank Almaniyaya çatdırılıb  
    
                          
     
                         16.05.2023
 
    
                        ABŞ-ın Ukraynaya göndərdiyi 31 ədəd M1 Abrams tankı Almaniyaya çatdırılıb.
"DM" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Pət Rayder keçirdiyi mətbuat konfransında bildirib.
O, tankların Almaniyanın Qrafenvör təlim bazasına çatdırıldığını, ukraynalı hərbçilər üçün təxminən 10 həftəlik intensiv təlim proqramına tezliklə başlanılacağını bildirib.
"Associated Press" agentliyinin məlumatına görə, təxminən 250 ukraynalı hərbçiyə tankların istifadəsi və onlara texniki xidmətlə bağlı təlim keçiləcək.
Tankların Ukraynanın tələblərinə uyğun modifikasiya edilərək bu ilin Payızında Ukraynaya çatdırılması planlaşdırılır.