06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BBC bu ilin 100 nüfuzlu qadınını seçdi - Biri Azərbaycandandır

19.11.2018

BBC-nin illik "100 qadın” layihəsinin 2018-ci il üzrə yenilənmiş siyahısı dərc olunub.
Siyahıda dünyanın müxtəlif yerlərində yaşayan 100 ilhamverici və nüfuzlu qadının adı yer alıb. Ümumilikdə, 60 ölkədən 15-94 yaş arası qadınların olduğu siyahıya liderlər, ixtiraçılar və gündəlik qəhrəmanlar daxil ediliblər. 
Siyahıya Azərbaycandan olan gənc ixtiraçı Reyhan Camalovanın da adı salınıb. 16 yaşlı həmyerlimiz 43-cü yerdə qərarlaşıb. O, yağış suyundan enerji əldə etməyə imkan verən "Rainergy” layihəsi ilə siyahıya düşməyi bacarıb.