03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni Zelandiyanın paytaxtında hostel yanıb: Çox sayda ölən var - FOTO

16.05.2023

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda hosteldə yanğın baş verib.

Hadisə zamanı altı nəfər həlak olub, azı 11 nəfər itkin düşüb.

92 otaqlı hosteldə yanğının gecəyarısına yaxın başladığı bildirilir. Binanın bir hissəsi dağılıb, ona görə də polis və yanğınsöndürənlərin hələlik ona tam girişi yoxdur.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları altı nəfərin meyitini tapıblar, daha 11 nəfər itkin düşmüş hesab olunur.

Ölənlərin sayının artacağı istisna edilmir.

Mənbə: The Guardian