02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misir Nümayəndələr Palatasının sədri: Azərbaycan bizə dost ölkədir

15.05.2023

"Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var”.

"DM" xəbər verir ki, bu barədə Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. Azərbaycanda özlərini ölkələrindəki kimi hiss etdiklərini deyən qonaq Azərbaycanla Misir arasında çox möhkəm qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

Hanaf Ali Əl Gebali qeyd edib ki, Misirdə Ulu Öndərin xatirəsi daim böyük ehtiramla anılır. O vurğulayıb ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu fəaliyyətinə görə təbriklərini çatdırıb, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolunun və nüfuzunun daha da artdığını qeyd edib.