03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə prezident seçkilərinin ikinci turu üçün bəzi qaydalar müəyyən edilib

15.05.2023

Türkiyə prezident seçkilərinin 28 mayda keçiriləcək ikinci turuna dair təfərrüatlar açıqlanıb.

"DM"-nın  verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı danışıb.

O qeyd edib ki, Türkiyə tarixində seçkilərin ikinci turu ilk dəfə keçirilir və bəzi qaydalar müəyyən edilib.

Yenerin sözlərinə görə, 15 mayda ikinci səsvermədə iştirak etmək hüququ olan namizədlərdən biri hər hansı səbəbdən seçkidə iştirak etmədikdə, namizədlərin dəyişdirilməsi üçün müəyyən edilmiş müddət saat 20:00-da başa çatacaq.

Bundan əlavə, ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 20 mayda başlayacaq və 24 may 2023-cü il tarixində başa çatacaq.

27 may saat 18:00-da seçki təbliğatı dövrü başa çatacaq.

Səsvermə prosesi ilk turda olduğu kimi, yerli vaxtla saat 08:00-da başlayıb 17:00-da bitəcək