03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə prezident seçkilərində ikinci tur keçiriləcək

15.05.2023

Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

"DM"-nın  verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konferansı zamanı bildirib.

O qeyd edib ki, Türkiyədə Prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.

Nəticələrə əsasən Prezident seçkilərində "Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54%, "Millət İttifaqı”nın namizədi Kəmal Kılıçdaroğlu 44,85%, "ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən "Məmləkət” partiyasının sədrinə isə seçicilərin 0,44%-i səs verib.