03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belarusun Nümayəndələr Palatasının sədr müavini Azərbaycana səfər edəcək

15.05.2023

Belarusun Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç sabah Bakıya gələcək.

"DM” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Nümayəndələr Palatasının mətbuat xidməti məlumat yayıb.

Valeri Mitskeviç Azərbaycan Milli Məclisinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbədənkənar iclasında iştirak edəcək.

Belarusun Nümayəndələr Palatasının sədr müavininin Azərbaycan parlamentinin növbədənkənar iclasında salamlama nitqi ilə çıxış edəcəyi, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcəyi planlaşdırılır.