29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədov Belarus baş nazirinin müavini ilə görüşüb

15.05.2023

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Belarusun baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Belarus ticari-iqtisadi əməkdaşlığının, investisiya fəaliyyətinin və sənaye kooperasiyasının aktual məsələləri nəzərdən keçirilib.
Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilən növbəti iclasının əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.