06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

19.11.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.
"Dövran Media" xəbər verir ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus əsgərlərini salamlayıb.
Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər birgə foto çəkdiriblər.
Sonra Prezident İlham Əliyev Belarus Respublikası müstəqilliyini bərpa etdikdən sonra Prezident Aleksandr Lukaşenkonun rəhbərliyi dövründə paytaxt Minskdə, həmçinin digər şəhərlərdə əsaslı şəkildə bərpa olunan tarixi memarlıq abidələrinin, o cümlədən kilsə, qəsr və digər abidələrin fotolarına baxıb.
Rəsmi qarşılanma mərasiminsdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
***
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.