29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda SEPAH qüvvələri ilə silahlı qarşıdurma

15.05.2023

İranın Sistan və Bəlucistan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri ilə etnik bəluclar arasında silahlı qarşıdurma olub.

"Azad İran” "Telegram” kanalı xəbər verir ki, bəluc fəallar sosial media kanallarında hadisə ilə bağlı görüntülər paylaşıblar.

Məlumata görə, dünən axşam saatlarında əyalətin İranşəhr şəhərinin Çahcamal bölgəsində baş verən qarşıdurma nəticəsində üç SEPAH üzvü və iki etnik bəluc ölüb, bir neçə nəfər yaralanıb. Öldürülən bəlucların Kazım və Bahadur adlı iki qardaş olduğu qeyd edilib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat verilmir.

Silahlı qarşıdurma SEPAH məmurlarının Çahcamal bölgəsində yaşayış binasına atəş açmasından sonra başlayıb.
Əyalətin polis idarəsinin rəisi Dostəli Cəliliyan silahlı qarşıdurmanın baş verdiyini təsdiqləyib və hökumət məmurlarının narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirdiyini iddia edib.

O, iki polisin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirib, amma insan itkisi barədə heç bir məlumat verməyib.