03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib-YENİLƏNİB

15.05.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirərək ulu öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə ulu öndərin abidəsinin və onun adının daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu deyib. Ümummilli liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Azərbaycan Prezidenti bu siyasətin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirib və bu işdə qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Dövlətimizin başçısı bu yaxınlarda Füzulidə olarkən Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından hədiyyə olaraq burada inşa edilən məktəb binasında aparılan tikinti işləri ilə tanış olduğunu məmnunluqla bildirib.

Prezident İlham Əliyev Tənzilə Narbayevanın ölkəmizə səfərinin də əlaqələrimizin inkişafı baxımından önəmini qeyd edib.

Tənzilə Narbayeva, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd edib ki, Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndiririr və Azərbaycan Prezidentinə qardaşlıq münasibətləri bəsləyir.

Azərbaycan Prezidenti salamlara və xoş sözlərə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda uğurlu islahatların aparıldığını deyib, bu yaxınlarda keçirilmiş referendum münasibətilə təbriklərini çatdırıb.

Öz növbəsində Tənzilə Narbayeva hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğulayıb.

Özbəkistan Ali Məclisi Senatının sədri ümummilli liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmnunluq hissi keçirdiyini bildirərək ulu öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd edib. Vurğulayıb ki, Özbəkistanda ulu öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.

Qonaq bildirib ki, torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.
O, eyni zamanda, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyini xüsusilə qeyd edib və ölkəmizin rəhbərliyi ilə Hərəkatın nüfuzunun artdığını, onun təsisatlanması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.

Tənzilə Narbayeva mədəniyyət və humanitar sahələrdə əməkdaşlığımızın xüsusi əhəmiyyət kəsb etdiyini deyərək, bu xüsusda Azərbaycan Prezidentinin Özbəkistanın mədəniyyət xadimlərini, Özbəkistan Prezidentinin isə Azərbaycanın mədəniyyət xadimlərini təltif etmələrinin önəminə toxunub, bunun mədəniyyət işçilərinə böyük ruh və həvəs verdiyini diqqətə çatdırıb.

Qonaq Özbəkistandan Azərbaycana səfər edən nümayəndə heyətlərinə daim göstərilən diqqətə görə də təşəkkürünü bildirib.

Söhbət zamanı xalqlarımız arasında ortaq tarixi köklərin, mədəniyyət və dil bağlılığının olması xüsusilə qeyd edilib.

Görüşdə qeyd edilib ki, maşınqayırma, kənd təsərrüfatı, tekstil sənayesi, energetika, investisiya qoyuluşu və digər sahələr üzrə konkret layihələr və birgə Fond var. Hər iki prezident tərəfindən bu layihələr davamlı şəkildə diqqət mərkəzində saxlanılır.

Ölkələrimizin beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı vurğulanıb, gənclər sahəsində əməkdaşlığın, Azərbaycan və Özbəkistan gənclərini bir araya gətirən forumların keçirilməsinin önəmi bildirilib.

12:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.