29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya aviaşirkətləri Gürcüstan hakimiyyətinə müraciət ediblər

15.05.2023

Bir sıra hava yolu şirkətləri Gürcüstan və Rusiya arasında müntəzəm birbaşa uçuşlar həyata keçirmək məqsədilə Gürcüstanın Mülki Aviasiya Agentliyinə (MAA) müraciət edib.

"DM" xəbər verir ki, məlumatı MAA yayıb. Qurumun məlumatına görə, hər bir müraciətlə bağlı qərar hava yolu şirkətinin və onun təyyarələrinin beynəlxalq sanksiyalarla bağlı statusu detallı araşdırıldıqdan sonra qəbul ediləcək:

"Gürcüstanın qətiyyətli mövqeyi bundan ibarətdir ki, Gürcüstanla Rusiya Federasiyası arasında uçuşlar yalnız sanksiyaya məruz qalmayan hava yolu şirkətləri və təyyarələr vasitəsilə həyata keçirilə bilər",- məlumatda bildirilib.

Qeyd edilib ki, MAA hazırda Rusiya Federasiyası ilə birbaşa aviareyslər həyata keçirən, lakin eyni zamanda sanksiyalara riayət edən ölkələrin təcrübəsinin öyrənir və məsləhətləşmələr edir.