29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parisdə Ukrayna və Fransa arasında birgə bəyannamə imzalanıb

15.05.2023

Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa lideri Emmanuel Makron birgə bəyannamə imzalayıblar.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin mətbuat xidməti məlumat yayıb.

Bəyannamənin əsas müddəalarından biri ondan ibarətdir ki, Rusiya qoşunları qeyd-şərtsiz Ukraynadan çıxarılmalıdır. Rusiya Silahlı Qüvvələri tərəfindən nəzarət olunan Zaporojye Atom Elektrik Stansiyasının (AES) azad olunması xüsusilə qeyd olunub.

Fransa hökuməti bəyannamədə bildirib ki, lazım olduğu müddət ərzində Ukraynaya hərbi dəstək verəcək və yeni hərbi yardım paketləri hazırlanır. Yaxın həftələrdə Fransa bir neçə batalyonu, "AMX-10RC” zirehli döyüş maşınları da daxil olmaqla, onlarla zirehli texnika və yüngül tanklarla təchiz edəcək.

Bundan əlavə, Fransa Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması üçün səylərini davam etdirəcək.

Bəyannamədə qeyd olunduğu kimi, Fransa Ukraynanın sülh formulunu dəstəkləyir. Yaxın aylarda qlobal sülh sammiti çağırılacaq və sammit Ukraynanın sülh formulunun müddəaları və təklifləri əsasında keçiriləcək.

Ukraynanın NATO-ya daxil olması məsələsinə toxunulub. Fransa Buxarest Bəyannaməsinə uyğun olaraq Ukraynanın Alyansa qoşulmasına kömək etmək üçün davamlı əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi platforması kimi NATO-Ukrayna Komissiyasının fəaliyyətini tam şəkildə dəstəkləyir.