29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanı dəstəkləyən “Cümhur İttifaq”ı parlamentdə 300-dən çox yer qazanıb

15.05.2023

Türkiyədə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən "Cümhur İttifaqı” parlamentdə 316 millət vəkili ilə təmsil olunacaq.

"DM" xəbər verir ki, bu barədə "Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, səsvermə ilə bağlı parlament seçkiləri ilə bağlı qutuların artıq 99 faizi açılıb.

Nəticələrə görə, "Cümhur İttifaqı”na daxil olan AK Partiya 266, MHP-i isə 50 deputatla parlamentdə təmsil olunacaq.

"Millət İttifaqı”na daxil olan CHP-dən 169, İYİ Partiyadan isə 44 millət vəkili parlamentə düşə bilib.

Bundan başqa, Yaşıl Sol Parti 62, Yenidən Refah Partiyası 5, TİP 4 millət vəkili ilə parlamentdə təmsil olunacaq.