Gürcüstan parlamentinin sədri bu gün Azərbaycana səfərə gələcək  
    
                          
     
                         15.05.2023
 
    
                        Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün Azərbaycana rəsmi səfərə gələcək.
"DM" xəbər verir ki, parlament sədri iki günlük səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov, eləcə də Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşlər keçirəcək.
Şalva Papuaşvili, həmçinin Milli Məclisin Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən xüsusi sessiyasında iştirak edəcək.