29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Yüksəliş” intellektual müsabiqəsi keçirilib - FOTO

15.05.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Yüksəliş” intellektual müsabiqəsi keçirilib.

İntellektual müsabiqə "Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları üçün nəzərdə tutulub.

Müsabiqədə 30 komanda olmaqla ümumilikdə 190 nəfər iştirak edib. 30 komanda arasından birinci yerə "Köhnə Dalğa”, ikinci yerə "Tufan”, üçüncü yerə isə "Summit” komandası çıxıb.

"Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.