29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski bu gün Londona gedəcək

15.05.2023

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Böyük Britaniyanın paytaxtı Londona səfər edəcək.

"DM" xəbər verir ki, Zelenski bu barədə "Telegram”da yazıb.

Zelenski qeyd edib ki, havada və yerdə müdafiə imkanlarının artırılmasında Böyük Britaniya liderlik edir. Bu gün keçiriləcək görüşlərdə bu sahədə əməkdaşlıq müzakirə olunacaq.

"Mən dostum Rişi ilə görüşəcəyəm. Biz nümayəndə heyətləri formatında və təkbətək danışıqlar aparacağıq”, - deyə Ukrayna lideri qeyd edib.