29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah metro gücləndirilmiş iş rejimində çalışacaq

12.05.2023

Bakıda keçiriləcək xeyriyyə matçı ilə əlaqədar "Bakı Metropoliteni”nin "Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Bu barədə "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Mayın 13-də Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq Azərbaycanın "Sabah” və Türkiyənin "Beşiktaş” klubları arasında xeyriyyə futbol matçı ilə əlaqədar arenanın yaxınlığında yerləşən "Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.

Futbol görüşünə marağı nəzərə alaraq, Bakı metropoliteninin əməliyyat planı və bu arenada təşkil olunan kütləvi tədbirlərə uyğun olaraq stansiya oyunun başlanma saatları ərəfəsində gücləndirilmiş iş qrafikində çalışacaq. Bu xüsusda stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə stansiyada növbətçilik cədvəli tərtib olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq.

Sərnişinlərin oyun qurtardıqdan sonra təhükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar nəzərə alınacaq və xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.