29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq səyyahlar: Azad edilmiş ərazilərdə mina problemi çox dəhşətlidir

12.05.2023

"İşğaldan azad olunmuş ərazilərin bərpasına çox böyük vəsait xərclənir. Görülən işlərin miqyası bizdə olduqca böyük təəssüratlar yaratdı".

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100” təşkilatının heyətində Laçına səfər edən finlandiyalı səyyah Max Karlstörm deyib.

Beynəlxalq səyahətçi azad edilmiş ərazilərdə mina probleminə toxunaraq bunları deyib: "Mina problemi dəhşətlidir, heç kim minaların olmasını istəməz. Mən hərbi ekspert olmasam da, hesab edirəm ki, bu, çox dəhşətlidir”.

Beynəlxalq səyyah 5 nəfərlik komanda ilə yaxın günlərdə Naxçıvana səfər edəcəklərini də deyib.

Nümayəndə heyətində olan isveçli səyyah Therese Sundberg də Laçın təbiətinin gözəl olduğunu, gözəl gün keçirdiklərini deyib: "Dağların qoynunda gəzintiyə çıxdıq. Buranın təbiəti olduqca möhtəşəmdir. Burada olmaq və hər şeyin sizin tərəfinizdən yenidən tikilib qurulmasını görmək çox gözəldir. Dağlar olduqca cəlbedicidir, hər tərəf yaşıllıqdır, gözəldir”.

O da mina probleminə diqqət çəkib: "Minalar olduqca dəhşətlidir və biz mina təmizləmə prosesini seyr edəndə, partlayış səslərini eşidəndə çox qorxduq. Sevindirici haldır ki, minaların təmizlənməsi üçün bu gün böyük işlər görülür”.