30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanın baş naziri İlham Əliyevi təbrik edib

11.05.2023

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri! İcazə verin, Azərbaycanın möhtərəm ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.

Dahi Heydər Əliyev bütün mənalı həyatını sevdiyi ölkəsinə həsr etmiş və milli dövlətçiliyin əsasını qoymuş görkəmli siyasi xadim idi. İndi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır və öz ümummilli liderinin xatirəsini ehtiramla yad edir.
Bu xoş fürsətdən istifadə edib, Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasında dahi Heydər Əliyevin fundamental rolunu vurğulayaraq qeyd etmək istəyirəm ki, onun bu xidmətləri daim yaşayacaq. İnanıram ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızı xalqlarımızın və bütün regionun rifahı naminə daha da inkişaf etdirməyə davam edəcəyik.

Bu əlamətdar yubiley münasibətilə mən ulu öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramımı bildirir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı və səmimi salamlarımı çatdırıram”.