30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avarçəkmə üzrə dünya və Avropa federasiyalarının prezidentləri Suqovuşanda olublar

11.05.2023

Avarçəkmə üzrə "Prezident Kuboku-2023” beynəlxalq reqatasında fəxri qonaq qismində iştirak edən Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ulu öndər Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər. 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, daha sonra beynəlxalq federasiya rəhbərləri Suqovuşanda səfərdə olublar. Qonaqlar ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023” turnirinin açılış mərasimi və ilk yarış gününün keçirildiyi məkanla tanış olublar.

Suqovuşan səfərinin ardınca Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı və Türkiyə Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürklə birgə toplantı keçiriblər. Tərəflər arasında Azərbaycanda avarçəkmə idman növünün inkişafı barədə fikir mübadilələri aparılıb. Beynəlxalq federasiya rəhbərləri dünya, Avropa çempionatları kimi böyük yarışların, həmçinin Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin keçirilməsi üçün həm Suqovuşan su anbarı, həm də Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzinin uyğun olduğunu bildiriblər.