30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ məhkəməsi dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş erməniyə hökm oxuyub

11.05.2023

Kaliforniya Ali Məhkəməsi 2020-ci ilin iyulunda dinc aksiya keçirən azərbaycanlılara nifrət zəminində hücum etmiş Hovhannes Sukiasyana bu yaxınlarda hökm oxunub.

"DM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O, məhkəmənin bu qərarını alqışladıqlarını vurğulayıb.

"Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və ona hücumunun qurbanının bütün xərclərini ödəmək tapşırılıb. Ümid edirik ki, dərs çıxarılıb”, - Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, bundan əvvəl, dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş digər erməni - Erik Hakopyana 2021-ci ilin iyununda hökm oxunub.