30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov və Hulusi Akar “Anadolu Qartalı 2023” təlimini izləyib

11.05.2023

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə "Anadolu Qartalı 2023” təlimini izləyib.

"DM"-nın verdiyi xəbərə görə, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Təlimlərin müşahidəçi günündə çıxış edən Akar, Hərbi Hava Qüvvələri Komandanlığının terrorla mübarizə başda olmaqla, üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirdiyini qeyd edib:

"Biz inanırıq ki, problemlərin mehriban qonşuluq münasibətləri, sülh və dialoq yolu ilə, beynəlxalq hüquq normalarına uyğun həlli mümkündür. Biz bu istiqamətdə səylər göstəririk”.

Bundan əlavə, Akar Türkiyənin Rusiya-Ukrayna müharibəsində axan qanı dayandırmaq, atəşkəs əldə etmək və sülh danışıqlarını bərpa etmək üçün işlərini davam etdirdiyini də vurğulayıb.