29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədəki yeni təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edir

11.05.2023

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi "KURTARAN-2023” adlı təlimlər başlayıb.

"DM” "Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə qardaş ölkənin Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Qüvvələri iştirak edirlər.

Şərqi Aralıq dənizində keçirilən təlimlərə Azərbaycan və daha 15 xarici ölkədən ümumilikdə 41 hərbçi qatılır. Həmin dövlətlər arasında Avstriya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, BƏƏ, Əlcəzair, İndoneziya, Cənubi Afrika, Qətər, Malaziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Oman var.

Təlimlər çərçivəsində müxtəlif tapşırıqlar və maneverlər icra olunur.

Təlimlərin "Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və 31 ölkədən 32 hərbi atteşə iştirak edib.