Kreml yeni gərginlik fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir 
    
                          
     
                         11.05.2023
 
    
                        Rusiya Federasiyası yeni eskalasiya fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir.
"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla təmaslarının hazırda planlaşdırılmadığını söyləyib.
Kremlin sözçüsü 9 May Qələbə günü Ermənistanın Baş nazirinin səfəri zamanı Moskvada Putinlə Paşinyan arasında ayrıca söhbət olduğunu da xatırladıb.