03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsveçli səyahətçi: “Minalar insanların Qarabağa qayıtmasına mane olur”

11.05.2023

"Qarabağ ərazisi minalardan təmizlənməlidir”.

"DM" xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan isveçli səyahətçi Sofiya Qranstrom jurnalistlərə açıqlamasında deyib.

"Minatəmizləmə prosesini, burada baş verənləri, eləcə də bu əraziləri minalardan təmizləyən insanları əyani şəkildə görmək çox maraqlıdır", - o deyib.

Səyahətçi daha əvvəl Kambocada olarkən mina gördüyünü deyib.

O, mülki əhalinin bu ərazilərə qayıtmasına mane olan mina problemini böyük təhlükə adlandırıb.

Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq.

Daha əvvəl ETIC, MTP, TCC, "NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub.