02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Şuşa artıq göz yaşının deyil, azadlığımızın və qardaşlığımızın mərkəzidir"

11.05.2023


Sabah Şuşanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin rəsmi açılış proqramı baş tutacaq.

"DM" xəbər verir ki, mövzu ilə bağlı TÜRKSOY-un Baş katibi Sultan Raev "Anadolu”ya danışıb.

Baş katib türk dünyasını Şuşada bir araya gətirməkdən çox həyəcanlı olduqlarını ifadə edib: "Şuşa bizim üçün bir sənət məbədi, Azərbaycan musiqisinin beşiyidir. Bura birliyimizin təmsili, gücümüzün mənbəyidir, ona görə də biz çox həyəcanlıyıq”.

Sultan Raev Şuşanın bütün türk dünyası üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "Qardaş Azərbaycan xalqının təkcə türk dünyasına deyil, dünya mədəniyyətinə, sivilizasiyasına böyük töhfələr verdiyi Şuşa şəhərində bütün türk dünyasını bir araya gətirməyə hazırıq. Qəhrəman Azərbaycan xalqının zəfəri nəticəsində Şuşa artıq göz yaşının, kədərin yox, azadlığımızın, müstəqilliyimizin və qardaşlığımızı mərkəzidir. Zaman-zaman əzəli Azərbaycan torpaqlarında, Şuşada atışma və mina partlayışları eşidildiyi halda, bu gün bütün türk dünyasının türküləri oxunur, Qarabağın ucsuz-bucaqsız dağlarında türk bayrağı dalğalanır”, – o, əlavə edib.

Qeyd edək ki, rəsmi açılış mərasimi sabah saat 12-də başlayacaq.