03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda yeni peyklərin istehsalı mərkəzinin yaradılması planlaşdırılır

11.05.2023

Azərbaycanın kosmik fəaliyyət sahəsində davamlı inkişafı üçün qarşıdakı illərdə ölkədə peyklərin istehsalı və testi kimi infrastrukturun formalaşdırılması planlaşdırılır.

"DM” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kosmik fəaliyyət haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Çünki azərbaycanlı mütəxəssislər 10 ildən artıqdır ki, peyklərin idarə edilməsi ilə məşğuldur. Bu potensialdan tam istifadə etmək üçün yeni peyklərin istehsalı mərkəzini yaratmaq və kosmik ekosistemin ölkəmizdə formalaşdırılmasını planlayırıq. Bura həm dövlətin, həm özəl sektorun, həm də təhsil və tədris sahələrinin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur”, - S.Əsədov bildirib.

"Azərkosmos" rəhbəri əlavə edib ki, Azərbaycanın 2030-cu ilə qədər kosmik baxışını, strateji fəaliyyət istiqamətlərini əks etdirən sənəd hazırlanıb: "Yaxın gələcəkdə bu sənəd hökumətə təqdim ediləcək".