03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrandan Azərbaycana 40 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb

11.05.2023

May ayının 10-da saat 20:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada ümumi çəkisi 39 kiloqram 300 qram narkotik vasitə (37 kq 400 qram marixuana, 1 kq 900 qram tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1180 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.