07 09 2025-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İlham Əliyev “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

11.05.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də "Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR ilə "Total Energies” arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. "Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.

Nikolas Terraz "Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq, ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib.
Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpa olunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.