02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunur

11.05.2023



DM xəbər verir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Devran Media