Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur  
    
                          
     
                         11.05.2023
 
    
                        Azərbaycanda kosmik fəaliyyət 5 prinsp əsasında həyata keçirilə bilər.
"DM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin adından Milli Məclisə təqdim olunmuş, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin prinsiplər aşağıdakılardır:
- kosmik fəzadan sülh naminə istifadə edilməsi;
- milli maraqların qorunması;
- kosmik resurslardan səmərəli istifadə olunması;
- milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;
- kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.