02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisə “Kosmik fəaliyyət haqqında” qanun layihəsi daxil olub

11.05.2023

Milli Məclisə "Kosmik fəaliyyət haqqında” qanun layihəsi daxil olub.

"DM"-nın xəbərinə görə, qanun layihəsi bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb.

Qanun layihəsi 6 fəsil, 24 maddədən ibarətdir.

Qanun qəbul olunacağı təqdirdə Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyəcək.

Qəbul ediləcəyi təqdirdə bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.