MN: Ermənistan Zod istiqamətində canlı qüvvə və döyüş texnikası cəmləşdirir  
    
                          
     
                         11.05.2023
 
    
                        Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi  tərəfimizdən müşahidə edilir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.
Nazirlikdən daha bildirilib ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.