Blinken Şarl Mişellə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib   
    
                          
     
                         11.05.2023
 
    
                        ABŞ dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlar aparıb. 
Blinken bu barədə "Twitter” hesabında paylaşım edib.
Görüş zamanı Ukrayna və Cənubi Qafqazda vəziyyətlə bağlı müzakirələr aparılıb.
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukraynaya dəstək, Cənubi Qafqazda sülhün bərqərar olması və bizim dərin Transatlantik tərəfdaşlığımızla bağlı müzakirələr aparmaq xoş oldu”, - deyə Antoni Blinken paylaşımda qeyd edib.