30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib

10.05.2023

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının ən hündür nöqtəsi olan "Qapıcıq” zirvəsinə yürüş edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordubad rayonu ərazisində yerləşən və hündürlüyü 3905 metr olan "Qapıcıq" zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırıb və Dövlət Himnimizi səsləndiriblər.

Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.