30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvan Heydər Əliyev Muzeyinə yeni status verilib

10.05.2023

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə yeni status verilib.

APA xəbər verir ki, muzeyə "muxtar respublika” statusunun verildiyi açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq bu gün bununla bağlı qərar verib.

Qeyd edək ki, Heydər Əliyev Muzeyinə "muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcək.