30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda ilk dəfə 100 lövhədə şahmat seansı keçirilib - FOTO

10.05.2023

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda tanınmış şahmatçılar eyni anda 100 lövhədə seansda iştirak ediblər. 

Federasiyadan verilən məlumata görə, seans zamanı üçqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf Məmmədov, Qədir Hüseynov, eyni zamanda müxtəlif yaş qrupları üzrə dünya, Avropa çempionatının qalib və mükafatçıları Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova balaca və yeniyetmə şahmatçılara qarşı mübarizə aparıb. 

İki saata yaxın davam edən seansda 15 partiya heç-heçə başa çatıb, iki oyunda yeniyetmələr qələbə qazanıblar.

Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda digər regionlarda təşkil olunacaq.