08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Laçında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

10.05.2023

Laçında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin şəxsi heyətinin iştirakı ilə keçirilən aksiyada xüsusi ayrılmış ərazidə iqlimə uyğun ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş aksiyada təbiətin mühafizəsi və ekoloji mühitin təhlükəsizliyinin qayğısına qalmaq üçün müvafiq tədbirlər görülüb.